BDU-ya 1 milyon manatlıq mühafizə xidmətləri planlaşdırılır, həm də..
Bakı Dövlət Universiteti publik hüquqi şəxsi tərəfindən Gənc İstedadlar Liseyi üçün nəzərdə tutulmuş inventarların satın alınması planlaşdırılır. 32gun.az-ın əldə etdiyi məlumata görə, bu məqsədlə 34 220 manat dəyərində inventarın alınması nəzərdə tutulub.
Satınalma çərçivəsində 90 dəst parta (hər dəstdə 1 masa və 2 oturacaq) və əlavə olaraq 10 ədəd laminat masa alınacaq. Partaların masası verzalit materialdan, oturacaqlar isə dikt materialdan hazırlanacaq və metal karkas üzərində quraşdırılacaq. Laminat masalar isə HDF arxa panelli, PVC kənarbantlı, xrom dəstəkli və siyirməli olacaq.
Bununla yanaşı, Bakı Dövlət Universiteti öz tədris və inzibati binalarında, eləcə də universitetin ərazilərində mühafizə xidmətlərinin satın alınmasını da planlaşdırır. Təklif olunan müqavilənin ehtimal olunan dəyəri 1 014 493,20 manatdır.
Təqdim olunan texniki göstəricilərə əsasən, mühafizə xidmətləri 12 aylıq dövrü əhatə edəcək. Bu müddət ərzində 1 nəfər xidmət rəisi, 1 nəfər onun müavini, 5 nəfər növbə rəisi, 6 nəfər dəyişdirici-patrul və 56 nəfər mühafizəçi ilə xidmət göstərilməsi nəzərdə tutulur.
Ayaz