ÖZ XƏBƏR

Ucar şəhərində yol təmiri işlərini 20 manatlıq MMC həyata keçirəcək

Ucar Rayon İcra Hakimiyyəti Ucar şəhərində yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinin qalibini açıqlayıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Aqroyol-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında 336.310,97 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, “Aqroyol-İnşaat” MMC 5 dekabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Ucar rayonu, Ucar şəhəri, 29-cu məhəllədə yerləşir. Cəmiyyətin qanuni təmsilçisi Nuriyev Vaqif Əlisa oğludur.

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovdur.

Ayaz

Oxşar Xəbərlər