AMEA Neft-Kimya Prosesləri İnstitutu komputer avadanlıqları və xidmətlərinin satın alınmasına hazırlaşır
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu komputer avadanlıqlarının, onların komplektləşdirmə materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də katriclərin tonerlərlə doldurulması xidmətinin satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 170 min 328 manat 87 qəpik təşkil edir.
Layihə institutun laboratoriya və idarəetmə bölmələrinin maddi-texniki bazasının yenilənməsi, həmçinin texniki xidmətin fasiləsiz təmin edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Neft-Kimya Prosesləri İnstitutu ölkənin elmi tədqiqat mərkəzləri arasında mühüm yer tutur və burada neft emalı, kimyəvi texnologiyalar və ekoloji təmiz istehsal prosesləri üzrə araşdırmalar aparılır.