ÖZ XƏBƏR
Xalq artistləri Lütfəli Abdullayev və Nəsibə Zeynalovanın nadir fotosu maraq doğurdu
Azərbaycanın görkəmli xalq artistləri Lütfəli Abdullayev və Nəsibə Zeynalovanın arxiv fotosu sosial şəbəkələrdə paylaşılıb.
32gun.az bildirir ki, Şəkildə məşhur aktyor həyat yoldaşı Sevda xanım Pepinova ilə birgə təsvir olunub.
Nadir kadr izləyicilərin böyük marağına səbəb olub. Sosial media istifadəçiləri fotonu nostalji hisslərlə qarşılayaraq, həmin dövrün sənət ab-havasını əks etdirən dəyərli xatirə kimi dəyərləndiriblər.
Paylaşıma çoxsaylı rəylər yazılıb: “Sənətkarların səmimiyyəti və sadəliyi bu fotoda hiss olunur”, – deyə izləyicilər qeyd ediblər.
Nilay