ÖZ XƏBƏR
Mədəniyyət Nazirliyinin otaqlarının təmiri üçün 10 manatlıq şirkətə 94 min AZN-dən çox pul köçürülə bilər
"ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MMC-nin “Hökümət Evi”nin binasının müxtəlif mərtəbələrində yerləşən Mədəniyyət Nazirliyinin otaqlarının cari təmir işlərinin satın alınması üzrə tenderiinn qalibi “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 94.151,56 AZN təşkil edir.
Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Tural Müzəffərov Fərrux oğludur.
Nilay