“Qarabağ” səfərdə “Atletik”ə məğlub oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.
"San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .
Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda ikinci hissə başlayıb.
"San Mames" stadionunda təşkil olunan görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyununda hesab açılıb.
"San Mames" stadionunda təşkil olunan görüşün 1-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib.
Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.
***
20:45
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başlanıb.
"San Mames" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 20:45-də start götürüb. Matçı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edir.