Mirələm Cəlalov 100 ədəd əl telsizi alır / 38 min manatlıq
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxs üçün yeni avadanlıqlar alınır.
32gun.az xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “MAS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 37.760 manat təşkil edir. Satınalma predmeti isə 100 ədəd əl telsizidir.
Texniki şərtlərə əsasən, alınacaq cihazlar LTE-GSM 850/900/1800/1900 tezliklərini dəstəkləyir, Android 8 əməliyyat sistemi ilə işləyir və IP68 standartına uyğun olaraq suya və toza qarşı qorunmaya malikdir. Telsizlər zərbəyə davamlı (1,5 metrədək), 3500 mAh batareya tutumuna və 12–14 saatlıq enerji saxlanma müddətinə malik olacaq.
Cihazlar GPS, GLONASS və BDS kimi lokasiya sistemlərini dəstəkləyir, səs çıxış gücü 2–3W, yaddaş həcmi isə RAM 512 MB, ROM 4 GB təşkil edir. Məhsullar komplekt şəkildə — cihaz, batareya, biləklik, kəmər klipsi və şarj adapteri ilə birlikdə təqdim olunacaq.
Qeyd edək ki, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalovdur. O, bu vəzifəyə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə təyin edilib
Ayaz