“İdrak Texnoloji Transfer” MMC-nin vergi borcu üzə çıxıb
“İdrak Texnoloji Transfer” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsinə vergi borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, MMC-nin borcu 1 273 451,14 manat məbləğindədir.
Şirkət Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq., Abbasqulu Abbaszadə küçəsi, ev 46 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Ayaz Rüstəmov Pənah oğludur, nizamnamə kapitalı 40 manatdır.
Qeyd edək ki, MMC 1990-cı ildə "İdrak LTD" adı altında təsis olunub və 2003-cü ildən "İdrak Texnoloji Transfer" adı ilə fəaliyyət göstərib. Şirkətin qanuni təmsilçisi, rəhbəri Hikmət Abdullayev Şövkət Oğludur. Əsas fəaliyyət sahələri arasında informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və dəstəyi yer alır. Həmçinin, şirkət aparat və proqram təminatının hazırlanması, istehsal, sistem inteqrasiyası və texniki xidmətlər üzrə həllər təklif edir.
Ayaz