ÖZ XƏBƏR

Ramiz Mehdiyevin kürəkəninə məxsus olan “Astoriya Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb

“Astoriya Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə borcu üzə çıxıb.

32gun.az xəbər verir ki,  tibb mərkəzinin vergi borcu 57 683,97 manat məbləğindədir. 

Tibb mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, ev 6 ünvanında fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi İlham Əliyev Əli Səftər oğludur, o, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti və dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin kürəkənidir.

Qeyd edək ki, MMC-nin iki təsisçisindən biri də keçmiş deputat İlham Əliyev Əli Səftər oğludur.

Ayaz

Oxşar Xəbərlər