Beyləqanda 323 min manatlıq abadlıq
Beyləqan Rayon İcra Hakimiyyəti rayonun müxtəlif ərazilərində geniş abadlıq işlərinin həyata keçirilməsi üçün satınalma elan edib. İşləri həyata keçirəcək şirkət “BAKU BUILDING” MMC-dir.
32gun.az xəbər verir ki, layihənin dəyəri 323.307,08 AZN təşkil edir.
Abadlıq işləri çərçivəsində aşağıdakı yerlər təmir olunacaq:
-
H.Əliyev parkına giriş
-
İmişli rayon istiqamətindən rayon giriş qapısı
-
Füzuli rayon istiqamətindən rayon giriş qapısı
-
Ağcabədi rayon istiqamətindən rayon giriş qapısı
-
Akif Əkbərov küçəsi
-
20 Yanvar abidəsinin önü
-
H.Əliyev küçəsi
-
Məhəmməd Əsədov küçəsi
Hər bir obyekt smeta sənədinə əsasən, bir dəst üzrə təmir və abadlıq işləri ilə təmin olunacaq. Layihənin həyata keçirilməsi nəticəsində rayonun əsas giriş yolları və mərkəzi küçələri daha müasir və estetik görkəmə qovuşacaq.
Qalib şirkətin nizamnamə kapitalı 10 mana, qanuni təmsilçisi ŞAHLAR MİRZƏYEV QƏRİB OĞLUdur.
Ayaz