ÖZ XƏBƏR

Heydər Əliyevin arxiv videosu sosial şəbəkələrdə böyük rəğbətlə qarşılandı

Sosial şəbəkələrdə Ulu Öndər Heydər Əliyevin yayılan arxiv görüntüləri geniş müzakirələrə səbəb olub. 
32gun.az xəbər verir ki, Paylaşılan videoda ümummilli liderin tarixi çıxışlarından birində səsləndirdiyi məşhur sözlər yer alıb:

“Kim məni məhv eləmək istəyir, məhv eləsin. Mən xalqımın yolunda şəhid olmağa hazıram.”

İstifadəçilər kadrları böyük hörmət və emosional reaksiyalarla qarşılayıblar. Şərhlərdə Heydər Əliyevin xalqına olan sədaqəti, dövlətçilik yolundakı qətiyyəti və mübarizliyinin bu ifadələrlə bir daha öz təsdiqini tapdığı qeyd olunur.

Videonun qısa müddətdə minlərlə baxış və paylaşım topladığı bildirilib. Sosial şəbəkə istifadəçiləri Ulu Öndərin bu sözlərinin bu gün də aktuallığını qoruduğunu vurğulayaraq, onun Azərbaycan dövlətçiliyinin əsas memarı olduğunu bir daha xatırladıblar.
Ayaz 

-->

Oxşar Xəbərlər