MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Mərhum  rejissorun dul arvadı oğlu ilə Rusiyadan qaçdı

“Yeralash” kinojurnalının yaradıcısı, rejissor Boris Qraçevskinin dul həyat yoldaşı, aktrisa Yekaterina Beloserkovskaya oğlu ilə birlikdə Rusiyanı tərk edib.

32gun.az xəbər verir ki, O, bu barədə sosial şəbəkədə izləyicilərinə məlumat verib və istirahətdən fotolar paylaşıb. Beloserkovskaya övladı ilə birlikdə istirahət üçün Belektə yerləşən beşulduzlu oteli seçib.

“Biz gəldik. Sevimli otelimiz bizi çox gözəl qarşıladı”, — deyə aktrisa qeyd edib.

Beloserkovskaya Qraçevski ilə 2015-ci ildə “Yeralash kinoda” filminin çəkilişləri zamanı tanış olub və 2016-cı ildə cütlük ailə qurub. Uzun müddət diqqətdən kənarda yaşayan cütlük barədə 2020-ci ildə KİV-də məlumat yayılmışdı: 71 yaşlı rejissorun dördüncü dəfə ata olacağı bildirilmiş və həmin ilin aprelində onların oğlu Filip dünyaya gəlmişdi.

Qraçevskinin ilk həyat yoldaşı Qalina ilə 35 illik nikahdan Maksim adlı oğlu və Kseniya adlı qızı, aktrisa Anna Panasenkodan isə Vasilisa adlı qız övladı var.

Qraçevski və Beloserkovskayanın oğlu Filip 4 yaşında kino sahəsində debüt edib. O, “Yeni il möcüzəsi” filmində rol alıb və ekran işinin premyerasında anası ilə qırmızı xalıda iştirak edib. Beloserkovskaya övladının uğuruna görə qürur duyduğunu bildirib.

Oxşar Xəbərlər