ÖZ XƏBƏR

Hava Limanı Turizm İnformasiya Mərkəzinin strukturunun hazırlanması dayandırıldı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Hava Limanı Turizm İnformasiya Mərkəzinin strukturunun hazırlanması üçün elan etdiyi tenderi ləğv edib. Ehtimal olunan qiymət 34.833 AZN təşkil edirdi.

32gun.az bildirilir ki, ləğv edilmə səbəbi tenderdə iştirak etmək üçün təklifi və tələb olunan təminatı təqdim etmiş, həmçinin müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Qeyd edilir ki, qiymətləndirmə üçün yetərsay olmadığı üçün tender ləğv edilir.

Agentlik vurğulayır ki, tenderin ləğvi prosedur qaydalarına uyğun həyata keçirilib və gələcəkdə oxşar layihələr üçün yenidən elan verilə bilər. Bu qərar layihənin şəffaf və qanunvericiliyə uyğun aparılmasını təmin etmək məqsədini daşıyır.

 Ayaz

Oxşar Xəbərlər