ÖZ XƏBƏR

Vilyur xalça fotosu sosial şəbəkələrdə nostalji dalğası yaratdı

Sosial şəbəkələrdə paylaşılan köhnə vilyur xalça görüntüsü istifadəçilər arasında böyük maraq doğurub.

32gun.az bildirir ki, Maralların təsvir olunduğu bu xalça bir çoxlarına uşaqlıq illərini, nənə-baba evlərini və o dövrlərin sadə, səmimi ailə həyatını xatırladıb.

Paylaşım altında çox sayda istifadəçi həmin xalçanın 1980–1990-cı illərdə demək olar ki, hər evin divarında olduğunu qeyd edib. Foto həm hüzün, həm də şirin xatirələr oyadıb.

İstifadəçilər şərhlərində yazıblar:

Bu xalçanın qarşısında bütün uşaqlığımız keçib.”

“Nənəmin evində idi, yenidən o günlər gəldi gözümün önünə…”

Mütəxəssislərin sözlərinə görə, vilyur xalçalar həmin dövrdə həm dekor, həm də otağı isti saxlamaq məqsədilə geniş istifadə olunurdu.

Paylaşılan foto insanların keçmişə olan sevgi və bağlılığının hələ də güclü olduğunu bir daha göstərib.

Nilay


Oxşar Xəbərlər