Nadir arxiv fotosu sosial şəbəkədə maraq doğurdu
Sosial şəbəkələrdə paylaşılan nadir arxiv görüntüsü istifadəçilərin diqqətini çəkib. Paylaşım müəllifinin sözlərinə görə, fotoda Azərbaycanın tanınmış sənət və kino xadimləri — Nəsibə Zeynalova, Emin Sabitoğlu, Hacıbaba Bağırov və Səyavuş Aslan əks olunub.
Kadrın hansı illərə aid olduğu dəqiq bilinməsə də, foto Azərbaycan teatr və kino sənətinin qızıl dövrünü xatırladıb. Şəkil bir çox izləyicidə nostalji duyğular yaradıb və böyük sənətkarların unudulmaz yaradıcılıq irsindən söz açılıb.
Paylaşım altında yazılan rəylərdə sənətsevərlər belə ifadələrə tez-tez rast gəlinir:
“Onlar bizim uşaqlığımızın ekran qəhrəmanlarıdır.”
“Belə sənətkarlar bir daha gəlməz.”
Şəkil qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və Azərbaycan sənət tarixinin yaddaşında silinməz iz qoymuş sənət ustalarının xatirəsini yenidən gündəmə gətirib.
Nilay