Anar Ələkbərov Zəfər Günü münasibətilə təbrik etdi
Xəbər verdiyimiz kimi, noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan şənlik təşkil olunub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidentləri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub və Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanların analarını bir araya gətirib. Təntənə “Fire Land Group” tərəfindən həyata keçirilən “Mənim oğlum qəhrəmandır!” layihəsinin 5 illik yubileyi ilə də üst-üstə düşüb.
32gun.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tədbirlə bağlı foto və videolar paylaşaraq 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ünvanlayıb:
“Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrindən gələn şəhid analarının, şəhid övladlarının və qazilərin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirildi.
Qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik edirik.
Allah şəhidlərimizə rəhmət eləsin.”
Ayaz