SİYASƏT
İlham Əliyev Daşkənddə Konqres Mərkəzinə gəldi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəldi.
"32gun.az" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı.