SİYASƏT
Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı müzakirə edib.
"32gun.az" xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.