MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

1994-cü ilin görüntüləri viral oldu

Sosial şəbəkələrdə 1994-cü ildə çəkilmiş arxiv görüntüləri sürətlə yayılaraq müzakirələrə səbəb olub. Kadrlarda mərhum xalq artisti Səməd SəmədovBu qızların telinə bax” mahnısını ifa edir.

32gun.az bildirir ki, Videoda azyaşlı və yeniyetmə qızların mahnının müşayiəti ilə rəqs etməsi diqqət çəkir.

Kadrlara yazılan şərhlərdən görünür ki, görüntülər bir çox istifadəçilərdə həm nostalji hisslər yaradıb, həm də müxtəlif müzakirələrə yol açıb. Sosial media istifadəçiləri həmin dövrün toy və tədbir mədəniyyətinə dair fikir bildirməklə yanaşı, Səməd Səmədovun ifa tərzini də xatırladıblar.

Qeyd edək ki, Səməd Səmədov Azərbaycan musiqi səhnəsinin tanınmış simalarından olub və illər boyu sevilən mahnıları ilə yadda qalıb. Arxiv görüntülərinin yenidən gündəmə gəlməsi sənətkarın yaradıcılığına marağı bir daha artırıb.

Nilay 

-->

Oxşar Xəbərlər