SOSIAL

Azərbaycanda daha bir yeniyetmə qız HAMİLƏ QALDI

Azərbaycanda 16 yaşlı qız hamilə qaldı. 

32gun.az xəbər verir ki, bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hazırda məsələ ilə bağlı iş araşdırılır:

“16 yaşlı qız 2021-ci ildə Gəncədə bir oğlanla qaçıb. Həmin vaxta rayonda hadisə gizlədilməyə çalışılsa da, qızın xalası polisə şikayət edib. Qız isə öz istəyi ilə qaçdığını bildirib. Hazırda Suraxanı rayonunda yaşayır və təxminən 6 aylıq hamilədir”.

Onun sözlərinə görə, bu barədə Suraxanı rayon polis bölməsinə məlumat verilib və artıq iş başlayıb.

Qeyd edək ki, qız oğlana qoşulub qaçanda 15 yaşı olub. 

Oxşar Xəbərlər