Fransanın 25 yaşlı sakini Mina El Huari sosial şəbəkələrdə tanış olduğu kişi ilə görüşmək üçün Mərakeşə yollanıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, bir neçə həftə yazışdığı kişinin “həyatının sevgisi” olduğuna inanaraq Fes şəhərində beşulduzlu oteldə iki nəfərlik otaq bron edib.
Lakin görüş faciə ilə nəticələnib. Kişinin sözlərinə görə, söhbət zamanı Mina qəfildən huşunu itirib. Panikaya düşən kişi onun öldüyünü düşünüb. Qadının vəziyyətini yoxlamadan “cəsəddən qurtulmaq” qərarına gəlib və onu evinin bağında basdırıb.
Sonradan məlum olub ki, Mina diaqnoz qoyulmamış diabetdən əziyyət çəkirmiş və komaya düşüb. O, dayaz məzarda yavaş-yavaş boğularaq həyatını itirib.
Ailəsi onunla əlaqə kəsildikdən sonra Mərakeşə gələrək axtarışa başlayıb. Polis qısa müddət sonra Minanın basdırıldığı yeri tapıb və kişi həbs edilib. O, törətdiyi əməli etiraf edib.
Ayaz