Burkina-Fasonun Nazirlər Şurası ölkənin cinayət məcəlləsinə dəyişikliklər nəzərdə tutan və ölüm cəzasını bərpa edən layihəni təsdiqləyib.
32gun.az bildirir ki, bu barədə ölkənin ədliyyə naziri Edaso Rodriqe Bayala məlumat verib, — deyə Lefaso xəbər yayıb.
Qanun layihəsi həmçinin homoseksuallığın təbliğinə görə həbs cəzalarının tətbiqini nəzərdə tutur.
“Cinayət məcəlləsinin islahatı ilə bağlı qanun layihəsinin qəbul edilməsi daha geniş sektor islahatlarının bir hissəsidir və xalqın dərin arzularına cavab verən ədalət sistemi yaratmağı hədəfləyir”, — deyə nazir bildirib.
Bundan əvvəl Burkina-Faso ilə Rusiyanın ölkələr arasında birbaşa aviareyslərin açılmasını müzakirə etdiyi xəbər verilmişdi. Bildirilir ki, bir rus şirkəti Uaqaduqu və Moskva, eləcə də Mali və Niger paytaxtları ilə Moskva arasında uçuşlar həyata keçirməkdə maraqlıdır.
Qeyd edək ki, bu ilin mayında Rusiya Burkina-Fasoya humanitar məqsədlə 709,5 ton noxuddan ibarət ərzaq yardımı göndərib.
Ayaz