DÜNYA ÖZ XƏBƏR

Merin keçmiş müavini 11 il müddətinə azadlıqdan məhrum edilib - Bu ölkədə

Saranısk şəhərinin sabiq birinci başçı müavini İlya Sokolov 11 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

32gun.az xəbər verir ki, bu barədə Mordoviya İstintaq Komitəsi özünün Telegram kanalında məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Sokolov 18 milyon rubl məbləğində cərimə də ödəməlidir. O, xüsusilə böyük məbləğdə rüşvət almaqda təqsirli bilinib.

Məlumata görə, Sokolov bələdiyyə və kommersiya müəssisələrinin iki rəhbərindən onları yüksək vəzifələrə yerləşdirmək müqabilində 6,1 milyon rubldan artıq rüşvət alıb.

Bundan əvvəl Sevastopolun sabiq vitse-qubernatoru vəzifəsini icra edən Yevgeniya Qorlova rüşvət alma ittihamı ilə 9,5 il ciddi rejimli koloniyaya məhkum edilmiş, əlavə olaraq 120 milyon rubl cərimələnmişdi. Ona 10 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan olunmuşdu.

Qorlova 2024-cü ilin avqustunda iş yerində 6 milyon rubl rüşvət alarkən saxlanılmışdı.

Ayaz 

Oxşar Xəbərlər