Kamboca Silahlı Qüvvələri Tailandla sərhəd bölgəsinə T-55 tank bölmələri və BM-21 “Qrad” yaylım atəşi reaktiv sistemləri yerləşdirib.
32gun.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Eyni zamanda Tailandın F-16 qırıcıları düşmən mövqelərinə, anbarlara və yaxınlaşan ehtiyat qüvvələrə hava zərbələri endirir. Tailand Kral Hərbi Hava Qüvvələrinin məlumatına görə, aviasiya əməliyyatları yerüstü bölmələrə dəstək məqsədi daşıyır.
Ölkələr arasında sərhəd toqquşmaları 8 dekabrda başlayıb. Tailand Kambocanı Buriram vilayətinin mülki yaşayış rayonlarını atəşə tutmaqda ittiham edib. Bundan əvvəl tərəflər sərhəd ərazilərində qarşıdurmaya daxil olmuşdu. Bu insident Tailandın Anupong adlı hərbi-strateji bazasına hücumdan sonra baş verib və hər iki ölkənin hərbçiləri yaralanıb.
Hadisələrdən sonra Tailand Kamboca ilə sülh danışıqlarından imtina edib və yayda əldə olunmuş atəşkəsdən sonra yeni hərbi əməliyyatlara icazə verən qətnamə qəbul edib.
Ayaz