"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
"32gun.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.
Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.
"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.
Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
****
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.
"32gun.az" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
“Ayaks”: Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton
Baş məşqçi: Fred Qrim