1974-cü ilə aid nadir foto maraq doğurdu – Rasim Balayev və türk aktrisası Fatma Girik bir kadrda
Azərbaycan kino tarixinin görkəmli simalarından olan Xalq artisti Rasim Balayevin 1974-cü ildə məşhur türk aktrisası Fatma Girik ilə çəkilmiş arxiv fotosu sosial şəbəkələrdə yenidən gündəm olub.
32gun.az bildirir ki, nadir kadrın paylaşılması istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Paylaşımlarda qeyd edilir ki, foto iki sənətçinin yaradıcılıq fəaliyyətlərinin yüksəliş dövründə lentə alınıb. Görüntü həm Azərbaycan, həm də Türkiyə kino ictimaiyyətində nostalji hisslər oyadıb və hər iki sənətçinin sənət tarixindəki xüsusi yerini bir daha xatırladıb.
Qeyd edək ki, Rasim Balayev Azərbaycan kinematoqrafiyasının tanınmış simalarından biridir. O, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Prezident təqaüdçüsüdür. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, 1990–2013-cü illərdə isə qurumun katibi olub.
Arxiv fotosunun yenidən paylaşılması sosial şəbəkələrdə retro kino tariximizə marağı artıran paylaşımlar arasında yer alıb.
Nilay