SİYASƏT

Erməni kiləsində Azərbaycan dövlət himni səslənəcək?

Bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan kilsədə keçirilən dua mərasimlərindən öncə bu ölkənin dövlət himninin səsləndirilməsi təklifi ilə çıxış etmişdi.

Tribuna.az xəbər verir ki, baş nazirin bu təklifi müxalifətin xoşuna gəlməyib.

Onlar iddia ediblər ki, guya, erməni kilsəsi siyasətə qarışmır və himnin kilsədə oxudulması da qanun pozuntusudur. Lakin onlar etiraf etmək istəməyiblər ki, kilsədən çox, şər yuvası olan bu yeri idarə edənlər nəinki siyasətə qarışıblar, üstəlik, onu idarə edən tərəfə çeviriliblər.

Amma bu əsnada erməni müxalifəti qəribə bir iddia da ortaya atıb. “Alternativ Layihələr” qrupunun üzvü Vahe Ovannisyan iddia edib ki, Paşinyan gələcəkdə sülh məsələsini əsas tutaraq, kilsədə Azərbaycan dövlət himninin də oxudulmasını tələb edə bilər. “Onun belə bir addım atması qəribə görünməz. Lakin bu baş verərəsə, qarşısında bizi görəcək”.

Oxşar Xəbərlər