Putin İlham Əliyevi təbrik etdi - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"32gun.az" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.
Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm".
***
10:24
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.
"32gun.az" xəbər verir ki, məktubda Azərbaycan Prezidentinin rəhbərliyi altında respublikada sosial-iqtisadi inkişafda əhəmiyyətli uğurların qazanıldığı qeyd olunub.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin uzunmüddətli dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığı vurğulanıb. Putin ikitərəfli əməkdaşlığın hər iki ölkə xalqlarının maraqlarına tam cavab verən strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda inkişaf edəcəyinə əminliyini bildirib. Sonda Rusiya lideri İlham Əliyevə möhkəm cansağlığı, şəxsi rifah və davamlı uğurlar arzulayıb və ailəsinə səmimi salamlarını çatdırmasını xahiş edib.