DÜNYA ÖZ XƏBƏR

Trampın xüsusi nümayəndəsi: ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planı yoxdur

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planı yoxdur.

32gun.az bildirir ki, bu barədə Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi, Luiziana ştatının qubernatoru Ceff Lendri Fox News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Qrenlandiyanı “fəth etmək” niyyətində deyil, əksinə, adanın sakinləri ilə danışıqlar apararaq onların gələcəkdə nə istədiklərini öyrənmək istəyir. Lendri qeyd edib ki, əsas məqsəd yerli əhalinin ehtiyaclarını və onlara hansı imkanların verilmədiyini anlamaqdır.
“Onlar nə axtarırlar? Hansı imkanlardan məhrum ediliblər? Niyə həqiqətən layiq olduqları təhlükəsizliyi əldə etməyiblər?” – deyə Trampın xüsusi nümayəndəsi vurğulayıb.
Lendri əlavə edib ki, ABŞ “həmişə qonaqpərvər ölkə olub” və Tramp administrasiyasının başqa bir ölkəni ələ keçirmək kimi planı yoxdur.
Qeyd edək ki, 22 dekabr tarixində Donald Tramp Luiziana ştatının respublikaçı qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlayıb. Lendri təyinatına görə Trampa təşəkkür edib və ölkəsinin Qrenlandiya ilə bağlı maraqlarını təsdiqləyib. Daha sonra Tramp ABŞ-ın Qrenlandiyaya ehtiyacının milli təhlükəsizlik məsələləri ilə bağlı olduğunu bildirib.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın adanı ələ keçirmək niyyəti ilə bağlı məyusluğunu ifadə edib. Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen isə bildirib ki, ABŞ-ın Qrenlandiyaya hücumu bütün Danimarkaya qarşı hücum kimi qiymətləndiriləcək.

Ayaz 

Oxşar Xəbərlər