ÖZ XƏBƏR
Ulu Öndərin nadir fotosu maraq doğurub
Ulu öndər Heydər Əliyevin nadir fotosu sosial şəbəkələrdə və media mühitində böyük marağa səbəb olub.
32gun.az bildirir ki, Qara-ağ formatda çəkilmiş bu kadrda onun karizmatik, eyni zamanda səmimi üz ifadəsi xüsusi diqqət çəkir.
Fotoda Ulu öndərin təmkinli duruşu, jestləri və baxışları onun güclü liderlik xarizmasını bir daha önə çıxarır. Paylaşım edənlər bu görüntünün Heydər Əliyevin insanlara yaxınlığını, açıq ünsiyyət tərzini və təbii davranışını aydın şəkildə əks etdirdiyini vurğulayırlar.
Qeyd olunur ki, nadir arxiv fotoları Ulu öndərin şəxsiyyətini və lider obrazını daha dərindən anlamaq baxımından cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Nilay