ÖZ XƏBƏR

Ölkədən qanunsuz pul çıxaran şirkətlə bağlı daha bir məlumat üzə çıxdı

“Maderin-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu məlum olub.

32gun.az xəbər verir ki,  şirkətin vergi borcu 141 938.44 AZN təşkil edir.

 MMC Siyəzən rayonu, Siyəzən şəhəri, Sabir küçəsi, ev 29 ünvanında qeydiyyatdadır. “ Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

Xatırladaq ki, 2019-cu  ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.

Ayaz

Oxşar Xəbərlər