DÜNYA ÖZ XƏBƏR

Penza vilayətində “Xalça” planı tətbiq edildi

Rusiya Federasiyasının Penza vilayətində "Kovyor" (“Xalça”) planı qüvvəyə minib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda hava gəmilərinin qəbulu və buraxılışına məhdudiyyətlər tətbiq olunur. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, “Xalça” planı hava məkanının bağlanmasını nəzərdə tutur və ərazidə olan bütün uçuş aparatlarının dərhal eniş etməsi və ya təhlükəli zonanı tərk etməsi əmri verilir. Bu rejim adətən PUA hücumları, hava məkanının pozulması və ya təhlükəli hava şəraiti zamanı tətbiq olunur.

Ayaz 

Oxşar Xəbərlər