ÖZ XƏBƏR
Gəncə Dövlət Universitetinin Regional Kolleci mühafizə xidmətləri üçün vəsait ayırır
“Gəncə Dövlət Universitetinin Nəzərində Regional Kollec” Publik Hüquqi Şəxsi tədris binasının mühafizəsi üçün mühafizə xidmətinin satınalınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “GESCO” Açıq Səhmdar Cəmiyyəti olub.
Bağlanacaq müqavilənin dəyəri 14.160 AZN təşkil edir.
Məlumata görə, xidmət çərçivəsində 1 post üzrə 12 saatlıq mühafizə xidməti göstəriləcək və bu sistem 12 ay müddətində davam edəcək.
Ayaz