DÜNYA ÖZ XƏBƏR

Yakutiyada avtomobilin buz altına düşməsi ilə bağlı cinayət işi açıldı

Yakutiyada insanların olduğu avtomobilin buzun altına düşməsi faktı üzrə cinayət işi başlanıb.

32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (SK) region üzrə idarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, avtomobili 23 yaşlı gənc idarə edib. Məlumata görə, avtomobildə olan şəxslər Çurapça kəndinə gedirmiş və sürücü sərnişinlərə şəhərlərarası fərdi daşıma xidməti göstərib.
Hadisə zamanı, ilkin məlumatlara əsasən, avtomobilin salonunda yeddi nəfər olub. Onlardan 11 yaşlı qız istisna olmaqla, digərləri avtomobildən çıxmağa müvəffəq olublar.
Bundan əlavə, hadisə yerindən təxminən 50 metr aralıda, sahildə olan bir kişi də həyatını itirib. Ehtimala görə, o, soyuqdan donaraq ölüb.
Baş verənlərlə bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə cinayət işi açılıb. Hazırda istintaqçılar zəruri prosessual tədbirlər həyata keçirirlər.
Qəza Lena çayı üzərində qeydə alınıb. Sürücü sərnişinləri qeyri-qanuni buz keçidi ilə apararkən avtomobil buzun altına düşüb.
Əvvəlcə avtomobildə səkkiz sərnişinin olduğu bildirilirdi. Onlardan dördünün vəziyyəti ağır, bir nəfərin isə orta ağır qiymətləndirilir.

Ayaz 

Oxşar Xəbərlər