Rusiyanın Soçi şəhərində avtoservisdə baş verən güclü yanğın nəticəsində üç nəfər xəsarət alıb.
32gun.az bildirir ki, bu barədə “ÇP Soçi” Telegram kanalı məlumat yayıb.
Hadisə şəhərin Transportnaya küçəsində yerləşən avtoservis binasında qeydə alınıb. Yanğın qısa müddətdə yaxınlıqdakı anbarlara və digər tikiliyə keçib. Əraziyə operativ şəkildə fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb olunub, işlərin koordinasiyasını isə operativ qərargah həyata keçirib.
Məlumata görə, ümumi sahəsi 1000 kvadratmetr olan yanğının söndürülməsinə 60 nəfər şəxsi heyət və 15 texnika cəlb edilib. Yanğın nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onların həyatı üçün təhlükə yoxdur.
“ÇP Soçi” kanalı hadisə anını əks etdirən görüntülər də yayıb. Videoda bir qadının yanğından xilas olmaq üçün pəncərədən çıxaraq yerə düşdüyü görünür. Şahidlərin sözlərinə görə, qadın yıxılma nəticəsində sınıqlar alıb və təcili olaraq xəstəxanaya aparılıb.
Ayaz