ÖZ XƏBƏR

Tacir Şahmalıoğlu: “Ölüb gedəcəyəm, amma iki əsr sənətimdən danışacaqlar”

Müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində bildirib ki, bəzi sənətkarlar kimi o da ömür yolu boyunca çətinliklər görüb:

"İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi sənətkarlarımız var ki, ömürlərini asan yaşamayıblar. Bəziləri isə nakam gedib. Mən də öz dövrümdə haqsızlıqlara, təzyiqlərə məruz qalıram", – deyə müğənni söyləyib.

Tacir Şahmalıoğlu həmçinin inanır ki, onun sənəti ölümündən sonra da xatırlanacaq:

"Amma bunu sənətimlə göstərəcəyəm. Mənim oxuduğum musiqilər sırf Azərbaycan dilindədir və inanıram ki, ölüb gedəcəyimdən sonra da iki əsr mənim sənətimdən danışacaqlar", – deyə Tacir əlavə edib.

Nilay

Oxşar Xəbərlər