İDMAN ÖZ XƏBƏR

Ronaldo Cokoviçə "İlin idmançısı" mükafatını təqdim etdi

Kriştianu Ronaldu Novak Cokoviçə ilin ən yaxşı idmançısı mükafatını təqdim etdi
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Globe Soccer Awards mərasimində serbiyalı tennisçi Novak Cokoviçə ilin ən yaxşı idmançısı mükafatını təqdim edib.
Qeyd edək ki, bu nominasya ilk dəfə 2025-ci ildə məhz Kriştianu Ronaldunun təşəbbüsü ilə təsis olunub. Ronaldunun özü isə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, Novak Cokoviç noyabrın 8-də Yunanıstanın Afina şəhərində keçirilən ATP 250 turnirinin qalibi olub. Final görüşündə o, italiyalı tennisçi Lorenso Muzettini məğlub edib. Təxminən 2 saat 59 dəqiqə davam edən qarşılaşma üç setdə — 4:6, 6:3, 7:5 hesabı ilə başa çatıb. Məhz Muzetti Cokoviçin yerinə ATP-nin İlin Yekun Turnirində iştirak edəcək.
Novak Cokoviç ATP Yekun Turnirinin yeddiqat qalibi, ümumilikdə isə 102 ATP turnirinin (101-i fərdi yarışlarda) çempionudur. O, həmçinin kişilər və qadınlar arasında (Marqaret Kortla birlikdə) tək yarışlarda ən çox “Böyük Dəbilqə” titulu qazanan tennisçi rekorduna sahibdir — 24 titul.

Ayaz 

Oxşar Xəbərlər