İDMAN ÖZ XƏBƏR

13 yaşlı futbolçu ürək tutmasından reanimasiyaya yerləşdirilib

Fransada keçirilən yeniyetmələr arasında futbol turniri zamanı “Due” klubunun 13 yaşlı futbolçusu meydanda ürək tutması keçirib.

32gun.az bildirir ki, bu barədə RMC Sport məlumat yayıb.
Mənbənin məlumatına görə, gənc oyunçunun oyunun gedişində ürəyi dayanıb.
“Uşaq oyun zamanı qəfil yerə yıxıldı”, — hadisənin şahidlərindən biri bildirib.
Hadisə yerində olan tamaşaçılar vaxtında ürək-ağciyər reanimasiyası apararaq futbolçunun həyatını xilas edə biliblər. Hazırda zərərçəkən Lill şəhərində yerləşən xəstəxanalardan birində həkim nəzarəti altındadır.
Ayaz 

Oxşar Xəbərlər