MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənni  açıq-saçıq Yeni il obrazı ilə çıxış təklifini rədd edib - bu qədər pul təklif ediblərmiş

Müğənni Anna Semenoviç israrlı bir pərəstişkarının açıq-saçıq Yeni il obrazında çıxış etməsi ilə bağlı təklifini qəbul etməyib.

32gun.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Yeni il ərəfəsində Semenoviçə bu tip təkliflər mütəmadi olaraq edilir. Rəsmi şəkildə onu uşaqlar üçün tədbirə dəvət etdiklərini bildirən sifarişçilər, əslində isə şərtlər arasında parlaq makiyaj, açıq geyim və uyğun davranışın olmasını tələb edirlər.
2024-cü ildə imkanlı bir pərəstişkar müğənniyə “seksual Qar Qız” obrazında çıxış etməyi və onun üçün “Krasavitsa Zima” mahnısını beş dəfə ifa etməyi təklif edib. Bunun qarşılığında 5 milyon rubl vəd olunub. 2025-ci ildə isə həmin şəxs korporativ tədbirində “seksual Qar Qız” obrazında çıxış üçün bu məbləği 12 milyon rubla qədər artırsa da, Anna Semenoviç yenə də təklifi rədd edib.
Bundan əlavə, yaxın günlərdə müğənninin sevgilisi Denis Şreerin Rusiyada təsisçi kimi iştirak etdiyi sonuncu biznesini də ləğv etdiyi məlum olub.

Nilay 

Oxşar Xəbərlər