ADNSU təsərrüfat mallarını “Halal-P” MMC-dən alacaq
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) təsərrüfat mallarının alınması üzrə satınalma elan edib.
32gun.az xəbər verir ki, qalib “Halal-P” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və müqavilənin məbləği 15.519,36 AZN təşkil edir.
Satınalınacaq mallar arasında müxtəlif avadanlıq və materiallar yer alır: elektrik sensorları (100 ədəd), salafan zibil paketləri (50×60 sm – 500 kg, 110×80 sm – 500 kg), teleskopik şüşə təmizləyicilər (100 ədəd), stepler sancaqları (1013J – 50 bağlama, 1010J – 30 bağlama), qaynaq üçün elektrodlar (2 mm² – 20 bağlama, 3 mm² – 10 bağlama), LED işıqlandırıcılar (60×60 – suvaq üstü 150 ədəd, tavan içi 100 ədəd, aliminium asma tavan üçün 100 ədəd), boltlar (10×50 mm, 10 kg), eləcə də təsərrüfat əlcəkləri L, M və S ölçülərdə (hər ölçüdən 100 cüt) və digər zəruri mallar.
Ayaz