ÖZ XƏBƏR
Yevlax Rayon Mərkəzi Xəstəxanasından 168 min manatlıq zibil atılacaq
Yevlax Rayon Mərkəzi Xəstəxanası 2026-cı il üçün müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalmasını planlaşdırır.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 168.245,91 AZN təşkil edir.
Xəstəxana B və C sinfi tibbi tullantıları 26.880 km məsafədə daşımağı, D sinfi tullantıları 2.880 km məsafədə daşımağı, B və C sinfi tullantıları 1.040 m³ həcmdə zərərsizləşdirməyi və D sinfi tullantıları 880 kq həcmdə zərərsizləşdirməyi planlaşdırır.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovdur.
Ayaz