DÜNYA ÖZ XƏBƏR

Moskvada bu hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib

Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbulu və buraxılışı ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

32gun.az bildirir ki, Bu barədə Rosaviasiyanın mətbuat katibi Artyom Korenyako Telegram kanalında məlumat verib.
“Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır”, — deyə qurumun nümayəndəsi bildirib.
Korenyako həmçinin qeyd edib ki, hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Vnukovo hava limanı reysləri yalnız razılaşdırma əsasında qəbul edir və göndərir.
Bundan bir qədər əvvəl Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə vasitələrinin paytaxta doğru hərəkət edən dördüncü pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
 

Ayaz 

Oxşar Xəbərlər