ÖZ XƏBƏR
DOST-dan 69 min manatlıq tender
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Dövlət İmtahan və İctimaiyyətlə İş üzrə Mərkəz (DİİYM) və “DOST Çağrı Mərkəzi 142” üçün beynəlxalq ISO standartlarının tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 69.000 AZN təşkil edir.
Tender çərçivəsində məqsəd DİİYM və “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyətində beynəlxalq standartların tətbiqi, proseslərin optimallaşdırılması və əməkdaşların ISO standartları üzrə təlimləndirilməsidir. Bu xidmətlər agentliyin keyfiyyətli və standartlara uyğun xidmət göstərməsini təmin edəcək.
Ayaz