ÖZ XƏBƏR

203 min AZN-lik avtomobil  alınacaq - Bu İnstituta

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün avtonəqliyyat vasitələrinin satınalınması elan edilib.

32gun.az xəbər verir ki, satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, layihə çərçivəsində ehtimal olunan qiyməti 203.000,00 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir. Tenderin ləğvinə səbəb kimi əvvəlki mərhələdə qanunvericilikdə nəzərdə tutulan sayda – yəni ən azı üç təchizatçının təklif təqdim etməməsi göstərilmişdi.

Yeni müsabiqə ilə institutun xidmət fəaliyyətində istifadə olunacaq avtomobillərin alınması, onların texniki tələblərə uyğunluğu və zəmanət şərtləri yenidən dəyərləndiriləcək. Avtonəqliyyat vasitələrinin elmi-tədqiqat işlərinin operativ təşkili, bölgələrə ezamiyyətlər və sınaq proseslərinin icrası üçün nəzərdə tutulduğu bildirilir.

Tender üzrə təkliflərin qəbulu və qalib tərəfin müəyyənləşdirilməsi proseduru “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun aparılacaq. Yekun nəticələrin yaxın vaxtlarda rəsmi qaydada açıqlanacağı gözlənilir.

Nilay

Oxşar Xəbərlər