Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş" - vedrə, xəkəndaz, zibil torbaları və.s.
Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif növ malların satınalınması üzrə keçirilən tender müsabiqəsinin qalibi "Everest-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, məbləği 163.466,46 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.
Müqavilə çərçivəsində kommunal xidmətlərin təşkili və həyətlərin saxlanılması məqsədilə kərmək həyət üçün alətlər, vedrə, xəkəndaz (zibil yığımı üçün), zibil torbaları, benzinlə işləyən ağackəsənlər, bel çalov kiçik, bel ucu iti və sairə mal-materiallar satın alınacaq. Qeyd olunan malların gündəlik təsərrüfat işlərində istifadə olunması, təmizlik və yaşıllıqlara qulluq proseslərinin daha operativ həyata keçirilməsini təmin etməsi nəzərdə tutulur.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, bu tender rayonun mənzil-kommunal infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımlardan biridir və yerli icra qurumunun tabeliyində olan birliklərin maddi-texniki bazasının yenilənməsinə xidmət edir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Everest-2022" MMC ilə bağlı şirkətin nizamnamə məlumatları, qanuni təmsilçisi və digər detalları barədə əlavə araşdırma aparılır.
Nilay