ÖZ XƏBƏR

“Aqrar Tədarük və Təchizat” ASC dondurucu kameraların təmiri üçün 55 min manata yaxın vəsait ayırır

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti balansında olan 3 ədəd dondurucu kameranın təmir və texniki xidmətlərinin satın alınmasını planlaşdırır.

32gun.az xəbər verir ki, , satınalma çərçivəsində əsasən motor-kompressor və soyutma sistemlərinə aid texniki işlərin görülməsi nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 55.029,30 manat təşkil edir.
Texniki xidmət və təmir işlərinə aşağıdakılar daxildir:
4 ədəd motor-kompressorun təmiri və dəyişdirilməsi
4 ədəd kondensatorun dəyişdirilməsi ilə birlikdə təmiri
4 ədəd kondensator təmiri
4 ədəd fan təmiri
6 ədəd fanın dəyişdirilməsi ilə birlikdə təmiri
Həmçinin soyutma sistemlərinə aid digər zəruri texniki işlər
Satınalmanın məqsədi dondurucu kameraların fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, aqrar məhsulların saxlanması zamanı texniki risklərin minimuma endirilməsidir.

Ayaz 

Oxşar Xəbərlər