Elmi Cərrahiyə Mərkəzində bu satınalma ləğv edilib
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi tərəfindən yanğınsöndürən balonlarının doldurulması və əlaqəli avadanlıqların alınması ilə bağlı elan olunmuş satınalma müsabiqəsi ləğv olunub.
32gun.az xəbər verir ki, Ləğv edilmə səbəbi kimi bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu səbəbdən satınalma “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq ləğv edilib. Rəsmi ləğv mətnində də qeyd olunub ki, müsabiqə yetərli sayda təklif olmadığına görə baş tutmayıb.
Qeyd edək ki, satınalma çərçivəsində 4 və 6 kq-lıq quru kimyəvi tozlu yanğınsöndürənlər üçün elastik çıxış hortumlarının, yanğın çiləyici başlıqlarının alınması, həmçinin 4 kq-lıq və 6 kq-lıq quru kimyəvi tozlu yanğınsöndürən balonların texniki baxış, tozun yenilənməsi və təzyiq testi aparılmaqla doldurulması nəzərdə tutulurdu.
Sözügedən satınalmanın ehtimal olunan qiyməti 4.891,69 AZN təşkil edib.
Ayaz