Azadlıq prospekti ilə Ruhulla Axundov küçəsinin kəsişməsində sökülən köhnə binanın yerində tikilən yeni yaşayış kompleksində ciddi narazılıq yaranıb.
32gun.az yazır ki, vətəndaşlar bu problemlə baglı İlqar Mikayıloğlunun aparıcısı olduğu "Günə Bax" proqramına müraciət ediblər.
40 illik sakinlərin iddiasına görə, tikinti şirkəti kirayə xərclərindən yayınmaq üçün onları işlərin tamamlanmadığı, yarımçıq binaya köçməyə məcbur edib. Hazırda sakinlər həm başlarının üzərində tikinti işlərinin davam etdiyi təhlükəli şəraitdə yaşayır, həm də 3 ildir ki, mənzillərinə təbii qazın verilməməsindən əziyyət çəkirlər.
Ətraflı videoda:
Ayaz