SOSIAL
Həbs olunan icra başçısının oğlu ilə bağlı Baş Prokurur ƏMR İMZALADI
İmişli rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.
32gun.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat xidməti Qaynarinfo-ya xəbəri təsdiq edib.
Qeyd edək ki, Məhəmməd Hacıyev ötən ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad edilərək, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin edilmişdi