DÜNYA

Bu ölkədə koronavirusa yoluxanlar karantinə alınmayacaq

Mayın 1-dən Almaniyada COVİD-19 testi müsbət çıxanlara tətbiq edilən karantin məhdudiyyəti qaldırılacaq. 

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada COVİD-19 pandemiyasında PCR testi müsbət çıxanlara tətbiq edilən karantin məhdudiyyətinin mayın 1-dən etibarən qaldırılacağı açıqlanıb.

Almaniyanın Səhiyyə Naziri Karl Lauterbach keçirdiyi mətbuat konfransında karantin tətbiqində yeni bir tənzimləmə etdiklərini söyləyib.

Mövcud təcrübələrin davam etdirilə bilməyəcəyini ifadə edən Lauterbach mayın 1-dən etibarən COVİD-19-a yoluxanların və onlarla təmasda olan şəxslərin karantinin əsasən könüllülük əsasında olacağını qeyd edib.

Səhiyyə sahəsində çalışanlar istisna olmaqla, hamıya 5 günlük karantin üçün təcili məsləhət verəcəklərini qeyd edən Lauterbach tibb işçiləri üçün karantinə girmə öhdəliyinin davam edəcəyini söyləyib.

Səhiyyə naziri Lauterbach qeyd edib ki, COVİD-19-a yoluxmuş və karantinə alınan tibb işçiləri 5 gündən sonra PCR testinin mənfi nəticəsi ilə karantini başa vura bilərlər.

Lauterbach həmçinin epidemiyanın gedişatının nikbin olduğunu bildirib: "Görünür, dönüş nöqtəsinə çatmışıq. Xəstəliklərin sayı azalır, lakin ölkədə təhlükənin keçdiyini söyləmək iqtidarında deyilik”. //azxeber

Oxşar Xəbərlər